
“Papa Fransisklə bu gün planlaşdırılan bütün rəsmi görüşlər yüngül qripə görə ləğv edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat yayıb.
“Bu səhərə planlaşdırılan görüşlər yüngül qripə yoluxduğu üçün ləğv edilib”, - Bruni bildirib.
Qeyd edilir ki, Fransisk dizində şiddətli ağrı hiss edir, buna görə demək olar ki, yeriyə bilmir və əlil arabasından istifadə edir.