Rusiya kiçik nüvə enerjisi sahəsində Türkiyə ilə əməkdaşlıqda perspektiv görür.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada çıxışı zamanı deyib.
“Biz az enerjili atom elektrik stansiyaları sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, enerji ölkələr arasında qarşılıqlı əlaqənin əsas sahələrindən biridir, Rusiya Türkiyəni sabit enerji resursları axını ilə təmin edir. “Sülh məqsədli nüvə enerjisi sahəsində flaqman layihəmizin, Akkuyu elektrik stansiyasının tikintisinin icrası davam edir”, o qeyd edib.