
Son 9 ayda təxminən 68 min rus digər dövlətlərin vətəndaşlığını və ya yaşamaq icazəsini alıb ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verirlib.
Məlumata görə, ruslar daha çox İsrail, Türkiyə və daha 10 dövlətin vətəndaşlığını alıblar.
Nazirlik bildirib ki, 38 min rusiyalı başqa ölkələrin vətəndaşlığı, daha 30 min rusiyalı isə xarici ölkədə daimi yaşamaq hüququ verən sənəd barədə məlumat verib.
“Əsasən bu ilin müəyyən edilmiş dövründə və ötən ilin eyni dövründə Rusiya Federasiyasının vətəndaşları tərəfindən İsrail, Türkiyə, Ermənistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İspaniya, Finlandiya, Qazaxıstan, Gürcüstan, Kipr və ABŞ-də vətəndaşlıq, yaşayış icazəsi və ya daimi yaşamaq hüququ ilə bağlı sənədə malik olduqları barədə məluma verilib”, - deyə nazirlik əlavə edib.