
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk edən ermənilərə, xüsusən də, dövlət qulluğunda işləmək istəyənlərə vətəndaşlıq verilməsi məsələsinin tezliklə həll ediləcəyini bildirib.
Yeniavaz.com New.am-a istinadla xəbər verir ki, o, bu barədə canlı yayımda vətəndaşların suallarını cavablandırarkən danışıb.
“Hökumətdə müzakirə apardıq, mən tövsiyə verdim ki, soydaşlarımızın vətəndaşlıq məsələsinin həlli tezliklə baş versin. Biz artıq dövlət qulluğunda işləmək üçün müraciət etmiş soydaşlarımıza da xüsusi münasibət göstərə bilərik. Ona görə də, mən göstəriş verəcəyəm ki, Qarabağdan köçənlər dövlət qulluğuna qəbul üçün müraciət etmişsə, onların işləri daha tez müzakirə olunsun”, - Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz