
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki fələstinli jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Jurnalist Amal Zuhd və ailəsi cümə günü səhər saatlarında İsrailin Qəzzadakı evlərinə hücumu nəticəsində həlak olub. Bir gün əvvəl isə fələstinli fotojurnalist Məhəmməd Ayyaş ailəsinin bir neçə üzvü ilə birlikdə Qəzzanın mərkəzindəki Nuseyratda evlərinin bombalanması nəticəsində öldürülüb.
Fələstin Jurnalistləri Cəmiyyətinin məlumatına görə, İsrailin Fələstin anklavına qarşı döyüşlərə başlamasından bəri Qəzzada 63 KİV nümayəndəsi həlak olub.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə 46 fələstinli, 4 israilli və 3 livanlı olmaqla azı 53 jurnalistin Fələstin-İsrail münaqişəsinin qurbanı olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz