2 jurnalistin və Həsənlinin həyat yoldaşının BŞBPİ-yə çağırıldığı deyilir – Yenilənib


“Abzas Media”nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 24-də BŞBPİ-yə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Abzas Media” məlumat yayıb.
Bildirilir ki, onun da Ülvi Həsənli və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində çağrıldığı ehtimal edilir.

***21:43
Jurnalistlər Mina Əlyarlı və Elnarə Qasımova “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində BŞBPİ-yə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Abzas Media” məlumat yayıb.
Qeyd edək ki, eyni işlə bağlı bu gün jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova da BŞBPİ-yə çağırılmışdılar.
Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib. Bu gün isə “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top