Sülhməramlıların Qarabağda daha bir müşahidə məntəqəsi bağlandı

sülhməramlılar qarabağda indiyədək neçə məntəqəni bağlayıblar?
“Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bülletendə deyilir.
Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb:
“Rusiya sülhməramlılarının məsuliyyəti zonasında vəziyyətin monitorinqi sisteminin optimallaşdırılması çərçivəsində Laçın rayonunda bir müşahidə məntəqəsi bağlanıb.
Ümumilikdə sentyabrın 19-dan 12 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”.

DİGƏR XƏBƏRLƏR

Top