Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir:
“Əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəd bölgəsində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.
Xatırladaq ki, daha əvvəl Ermənistan XİN noyabrın 30-u komissiyasının iclasının keçiriləcəyi barədə məlumat yaymışdı.