
İsrail Müdafiə Qüvvələri (İDF) son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın 300 hərbi obyektinə hava zərbələri endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF son 24 saat ərzində HƏMAS terror təşkilatının 300 hərbi obyektinə, o cümlədən əməliyyat qərargahlarına, döyüş tunellərinə, anbarlara və partlayıcı maddələrin istehsalı sahələrinə, həmçinin, tank əleyhinə raket buraxılış məntəqələrinə havadan hücum edib”, - deyə məlumatda bildirilib.
“İDF quru bölmələri Qəzza zolağında döyüşməyə, düşməni məhv etməyə, yeraltı tikililəri aşkar etməyə və HƏMAS-ın terror obyektlərini məhv etməyə davam edir”, - mətbuat xidməti əlavə edib.