Ermənistanda 9 nəfər rüşvətə görə saxlanıldı


Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər rüşvət almaq və verməkdə şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Müəyyən edilib ki, vahid sosial xidmətin Artaşat ərazi mərkəzinin sosial iş və məşğulluq proqramları şöbəsinin müdiri T.K. və həmin idarənin şöbələrindən birinin müdiri X.S., böyük sosial işçi L.M. vətəndaşlara xidmət göstərdiklərinə görə rüşvət alıblar.
İbtidai istintaq davam edir, hadisənin bütün halları aydınlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top