Mask “X”in gəlirlərini İsrail və Qəzzadakı xəstəxanalara bağışlayacaq


İlon Mask Qəzza zolağındakı münaqişə ilə bağlı “X” şirkətinə aid reklam və abunələrdən əldə etdiyi bütün vəsaiti İsraildəki xəstəxanalara və anklavdakı Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinə bağışlayacağına söz verib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
““X Corp” Qəzzadakı müharibə ilə bağlı bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və Qəzzadakı Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinə bağışlayacaq”, - deyə Mask yazıb.
Qeyd edək ki, bundan əvvəl Mask “Starlink” peyk rabitəsi şirkətinin Qəzza zolağına yardım göstərəcəyin bildirmişdi. O, yalnız beynəlxalq səviyyədə tanınmış təşkilatlara yardım edəcəyinə aydınlıq gətirsə də, Fələstinin rabitə naziri İshaq Sidranın sözlərinə görə, iş adamı vədinə əməl etməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top