
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Bildirilib ki, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz