
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak etməyəcək.
Yeniavaz.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus tərəfinin təşəbbüsü ilə telefon danışığı zamanı Mirzoyan belaruslu həmkarı Sergey Aleynikə məlumat verib.
“Söhbət zamanı KTMT-nin fəaliyyəti ilə bağlı məsələlər qaldırılıb”, - məlumatda deyilir.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirakdan imtina etdiyini açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz