Xaçmazda zəlzələ baş verib


Noyabrın 21-də Quba seysmoloji stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 15:33-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub:
“Ocağı 6 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top