Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyat zamanı İsrail hərbçiləri hərəkatın komanda mərkəzlərindən biri də daxil olmaqla bir neçə mühüm obyekti məhv ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“188-ci Briqadanın üzvləri Zeytun batalyonunun bir neçə əsas obyektini, o cümlədən, Qəzza şəhəri briqadası komandirinin komanda mərkəzini və batalyonun mərkəzi qərargahını məhv ediblər”, - məlumatda bildirilib.
Bundan əlavə, ordunun məlumatına görə, Zeytun batalyonunun ərazisinə hava zərbəsi endirilib, nəticədə bir qrup yaraqlı məhv edilib.