
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 100 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilir ki, paketə, xüsusən "Stinger” zenit kompleksi üçün raketlər; HIMARS sistemi və döyüş sursatı; 155 və 105 mm kalibrli artilleriya mərmiləri (mərmilərin sayı göstərilmir); “Javelin” və AT-4 tank əleyhinə sistemləri; TOW raketləri; üç milyondan çox atıcı silah sursatı daxildir.
Zelenski müharibənin 635-ci günündən sonra müraciətində ABŞ-a təşəkkür edib.