Yunanıstan Qəzza zolağından məcburi köçən fələstinliləri qaçqın kimi qəbul etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Parlamentdə deputatların sualını cavablandırarkən bildirib.
“Yunanıstanın ölkədən qovulan fələstinlilərin qəbul etməsilə bağlı qətiyyən heç bir plan və ya düşüncə yoxdur”, - Gerapetrit bildirib.
Qeyd edək ki, Yunanıstanın pronews.gr informasiya portalı bundan əvvəl ABŞ və Fransanın Yunanıstandan 100 min fələstinli qaçqını qəbul etməsini istədiyini iddia etmişdi. Portalın məlumatına görə, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə ABŞ dövlət katibi Antoni Blinken arasında bu yaxınlarda baş tutan telefon danışığında bu mövzuya toxunulub. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar və Fransa qaçqınları qəbul etmək və onları yaşamaq üçün lazım olan hər şeylə təmin etmək üçün Yunanıstana maliyyə yardımı da vəd edib.