Əksər insanlar hormonal disbalansdan yox, həddindən artıq yeməkdən kökəlir.
Yeniavaz.com xəbər verir ki, bu barədə NEWS.ru ilə söhbətində endokrinoloqlar Natalya Balaşova və Olqa Yurova bildiriblər.
Balaşovanın sözlərinə görə, artıq çəki artımına səbəb olan endokrin xəstəliklər mövcuddur, lakin çox nadir hallarda rast gəlinir. Eyni zamanda, çəki artımı zamanla orqanizmdə həssaslığı azalan insulin hormonu ilə bağlı ola bilər:
“Yaşla hormonal vəziyyət o qədər dəyişir ki, çox yeyib kökəlməmək qeyri-mümkün olur. Məsələn, 25 yaşlı qız mütəmadi olaraq çox yeyirsə, artıq çəkisi olmaya bilər. 50 yaşlı qadın isə bu halda mütləq artıq çəkidən əziyyət çəkəcək”, - deyə həkim bildirib.