“Bu gün səhər saatlarında ictimai fəal Məhəmməd Kekalov evindən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq aparılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun qardaşı “Abzas Media”ya məlumat verib.
İddia edilir ki, saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib və onun kompüteri də daxil olmaqla şəxsi əşyaları müsadirə olunub:
“Vəkili saatlardır bütün axtarışlara baxmayaraq, Məhəmməd Kekalovdan hələ də heç bir xəbər ala bilməyib”.