Şakiranın 3 illik həbsi 438 min avro cərimə ilə əvəz ediləcək


Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma işi ilə bağlı razılığa gəlib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, razılaşma Barselonada keçirilən məhkəmə iclasında elan edilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanları Şakiranı futbolçu Cerard Pike ilə İspaniyada yaşadığı 2012-2014-cü illər ərzində 14,5 milyon avro vergi ödəməməkdə ittiham edib.
Prokurorlar Şakiranın vergi rezidenti sayılmaq üçün İspaniyada kifayət qədər vaxt keçirdiyini əsas gətirərək, müğənninin 8 il müddətinə azadlıqdan məhrum edilməsini və vergi borcunun tam ödənilməsini tələb ediblər.
Müqavilə çərçivəsində Şakira 7,3 milyon avro məbləğində vergi ödəməyə razılaşıb. Bundan əlavə, məhkəmə müğənninin 3 illik həbs müddətini 438 min avro cərimə ilə əvəz etməyə razılaşıb.

DİGƏR XƏBƏRLƏR

Top