Şərurun hərbi komissarına cinayət işi açıldı – KİV


Şərur rayonunun hərbi komissarının sərəncama götürüldüyü, barəsində cinayət işi başlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.
Məlumata görə, onun vəzifələri müvəqqəti olaraq müavininə tapşırılıb.
Qeyd olunur ki, onun barəsində cinayət işi açılıb və 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top