Pentaqon rəhbəri Kiyevə getdi


ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevə getdiyini, Ukrayna rəhbərliyi ilə görüşməyi və Vaşinqtondan dəstək bildirməyi planlaşdırdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri öz “X” sosial şəbəkə hesabında yazıb.
“Mən indicə Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə gəlmişəm”, - nazir bildirib.
O, əlavə edib ki, bu səfərlə ABŞ-ın Ukraynaya həm indi, həm də gələcəkdə dəstəyini davam etdirəcəyi ilə bağlı vacib mesaj verməyi planlaşdırır.
Ostin qatar stansiyasında ABŞ səfiri Bricet Brink tərəfindən qarşılanarkən çəkilmiş şəklini də yayımlayıb.
Pentaqon rəhbərinin Kiyevə səfəri rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Pentaqon ABŞ Konqresi yeni yardım paketini qəbul edənə qədər Ukraynaya dəstək üçün qalan vəsaitin nə qədər davam edəcəyini dəqiqləşdirməkdən imtima etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top