Anar AYB-yə ayrılan evi sürücüsünə, katibələrə verib – KİV


Mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirib:
“Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil”.
Sayt yazır ki, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.
Bildirilib ki, AYB həmin mənzillərdən 21-ni öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunub ki, mənzillər təmirsizdir.
“AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir", - deyə mənbə bildirib.
Saytın yazdığına görə, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

DİGƏR XƏBƏRLƏR

Top