“SofaScore”un rəmzi komandasında Fransadan 4, Azərbaycandan 2 futbolçu – Foto


Azərbaycan millisinin iki üzvü dünyaca məşhur “SofaScore” portalı tərəfindən hazırlanmış Avro-2024-ün seçmə mərhələsinin IX tur üzrə rəmzi komandasına düşüb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən futbolçular qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Rahil Məmmədovdur.
Rəmzi komandaya Cəbəllütariqi 14-0 kimi fantastik bir hesabla məğlub edən Fransa millisindən 4, Avstriyadan 2, Slovakiya, Portuqaliya və Xorvatiya millilərindən isə 1 futbolçu düşə bilib.
Qeyd edək ki, IX  turda Azərbaycan yığması öz evində İsveçə üç cavabsız qolla qalib gəlmişdi.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top