“Rifaha, tərəqqiyə gedən yol Qərbdən keçir”

“bu da olar bizim rusiyaya kompensasiyamız”
“Rusiyanın təsirindən vaxtında qaçıb AB-yə üzv olan 3 Baltikyanı ölkələrin iqtisadi göstəricilərə baxanda post-sovet respublikalarının nədən Avropaya üz tutmaq istədiyini anlamaq olur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Ekspert bildirib ki, bu təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də iqtisadi rifah məsələsidir:
“Fikrimi rəqəmlərin dili ilə izah etməyə çalışım: 2024-cü ildə Estoniyanın büdcəsi 17,2 mlrd. avro, yəni, təqribən 18,5 mlrd. dollardır - əhalisi 1,35 mln. nəfərdir, yəni, bir nəfərə 14250 dollar düşür. Litvanın 2024-cü il büdcəsi 20,5 mlrd. avro, yəni, təqribən 22 mlrd. dollardır - əhalisi 2,8 mln. nəfərdir, bir nəfərə 7320 dollar düşür. Latviyanın gələn il büdcəsi 16,2 mlrd. avro, yəni 18 mlrd. dollara yaxındır - əhalisi 1,8 mln. nəfərdir, adambaşına təqribən 10000 dollar büdcə xərci düşür.
Azərbaycnın 2024-cü il büdcə gəlirləri 34 mlrd. manat, yəni 20 mlrd. dollar civarındadır, əhalimiz isə 10 mln.-dan bir az çoxdur, deməli bir nəfərə cəmi 2000 dollar büdcə xərci düşür.
Məmləkətimizin nefti-qazı var, Baltikyanı ölkələrin isə təbii resursları yoxdur, amma adambaşına düşən büdcə xərcləri, məsələn, Estoniyada bizdən 7 dəfə çoxdur.
Qərbin bəzi dairələrinin ölkəmizə qərəzi var – bunu inkar etmək olmaz, amma bu münasibəti qurduğumuz ittifaqlar və diplomatiyamızın effektini artırmaqla neytrallaşdırmaq mümkündür, sadəcə realliq odur ki, rifaha, tərəqqiyə gedən yol da Qərbdən keçir, bunu unutmayaq...”

DİGƏR XƏBƏRLƏR

Top