
Dağıstanın rayon məhkəmələri Mahaçqalada antisemit iğtişaşlarından sonra 412 nəfəri inzibati məsuliyyətə cəlb edib.
Yeniavaz.com xəbər verir ki, “Mediazona” jurnalistləri məhkəmə saytlarından alınan protokolları təhlil etdikdən sonra bu qənaətə gəliblər.
18 nəfər barəsində vətəndaşların eyni vaxtda ictimai yerlərdə kütləvi şəkildə olmasını təşkil etmə maddəsi ilə protokollar tərtib edilib.
394 nəfər barəsində aksiyaların keçirilməsi qaydasının pozulması maddəsi ilə protokollar tərtib edilib. Onlardan 15 nəfər xırda xuliqanlığa görə, 4 nəfər hava limanında təhlükəsizlik yoxlaması tələblərini pozduğuna görə, 3 nəfər isə polisə tabe olmamağa görə məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb. Rusiya Prezidenti Vladimir Putin isə iğtişaşların xaricdən planlaşdırıldığını deyib.
Tətbiqimizi yükləyə bilərsiniz