
18 noyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.
Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***19:37
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Yeniavaz.com İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycanla İran arasında olan ikitərəfli məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Həmkarlar regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulayıb, bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd ediblər.
Tərəflər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək, regional və beynəlxalq arenada birgə səylərin artırılmasının və gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz