“Yalnız Misir cəsarət nümayiş etdirir”


“Bütün dünya, xüsusən də İslam ölkələri Qəzza zolağının əhalisinə yardım göstərmək üçün səfərbər olmalıdır”.
Yeniavaz.com
“Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən jurnalistlərə açıqlama verib.
“İndi yalnız Misir bir az cəsarət nümayiş etdirir. “Rəfah” keçidini açıq saxlamaq son dərəcə vacibdir. Yardımımız məhdud olsa da, qardaşlarımıza çatır. İsrail bunun qarşısını almağa çalışır. Qəzzanı aclıq və susuzluğa məhkum etmək, humanitar yardımın bölgəyə keçməsini əngəlləmək istəyir. Amma biz təslim olmuruq, beynəlxalq humanitar təşkilatları və BMT-ni cəlb edirik, istədiyimiz dərəcədə olmasa da, yardım edirik. Qoyulan maneələrə baxmayaraq, Qəzzaya yardımı davam etdirəcəyik. Bütün dünya, xüsusilə İslam ölkələri Qəzzaya kömək etmək üçün səfərbər olmalıdır”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top