“Rusiya G20 sammitinə hazırlaşır” – Peskov


Rusiya 22 noyabrda Hindistan tərəfindən elan edilən G20-nin virtual sammitində iştirak etməyə hazırlaşır.
Yeniavaz.com RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“Hazırda bu hazırlıqlar davam edir”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Qeyd edək ki, Hindistanın Baş Naziri Narendra Modi sentyabr ayında G20 sammitini 2023-cü ilin sonuna qədər videokonfrans formatında keçiriləcəyini elan edib.
Rusiya XİN rəhbəri Sergey Lavrov da G20 sammiti barədə sualı cavablandırarkən:
“Çox güman ki, bu, noyabrın sonunda olacaq”, - deyib.

DİGƏR XƏBƏRLƏR

Top