İsrail “Əl-Şəfa” xəstəxanasını boşaltmaq üçün 1 saat vaxt verdi


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağındakı “Əl-Şəfa” xəstəxanasını boşaltmaq üçün 1 saat vaxt verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, orada yalnız xəstələr, heyət və məcburi köçkünlər var.
Qeyd edək ki, daha əvvəl “Al Hadath” telekanalı xəbər vermişdi ki, İsrail hərbçiləri heç kimin xəstəxananın binasını, həmçinin, ona bitişik olan binanı tərk etməsinə icazə vermirdi. Baxmayaraq ki, “Əl-Şəfa” xəstəxanasında mühasirəyə düşənlər arasında yaraqlılar yox idi. Xəstəxanadan çıxmaq istəyən hər kəs dərhal saxlanılır və İsrail hərbçiləri mütəmadi olaraq axtarışlar və sorğu-suallar aparırdı.
Kanal xəbərdarlıq etmişdi ki, “Əl-Şəfa”da mühasirəyə düşmüş hər kəs su, qida və dərmandan məhrum olduqları üçün ölüm təhlükəsi ilə üz-üzədir.

DİGƏR XƏBƏRLƏR

Top