Yağış, qar, külək… – Faktiki hava


Noyabrın 18-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, düşən yağıntının miqdarı Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.
Ağdam, Şamaxı, Qobustan və Qrızda duman müşahidə olunub.
Şimal-qərb küləyi Ağdamda 25 m/s, Tovuz, Neftçalada 20 m/s, Naftalan, Ceyrançöl, Astara, Lənkəranda 18 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək isti, Aran rayonlarında 21 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

DİGƏR XƏBƏRLƏR

Top