Siyəzən sakini könüllü silahını polisə təqdim etdi


Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib/
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilir ki, Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 1 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top