
Moskva hakimiyyəti ərlərinin müharibədən qayıtmasını tələb edən xanımların mitinqini keçirməyə icazə vermədi.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Put domoy” teleqram-kanalında məlumat yayılıb.
İmtina səbəbi kimi şəhərdə inkişaf edən epidemioloji vəziyyət göstərilib. Ərizəçilərə ünvanlanan rəsmi məktubda vurğulanır ki, 2020-ci ildə koronavirusa görə tətbiq edilən kütləvi tədbirlərə qadağa Moskvada hələ də qüvvədədir.
Bildirilir ki, tədbir keçirilərsə məsuliyyət iştirakçıların üzərində olacaq.
Aksiyanın noyabrın 25-də Teatralnaya meydanında keçirilməsi planlaşdırılırdı. Ərizəçilər ora 300-ə qədər insanın gələ biləcəyini güman edirdilər.