Ərdoğan və Ştaynmayer Yaxın Şərq, Ukrayna və NATO-nu müzakirə etdilər – Yenilənib


Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya liderinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Yaxın Şərqdəki vəziyyəti, Ukraynadakı vəziyyəti və NATO çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bildirilir ki, Ştaynmayer Türkiyə prezidentinin Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Rusiya arasında razılaşma üzrə vasitəçilik səylərini yüksək qiymətləndirib.
Ştaynmayer həmçinin vurğulayıb ki, Berlin HƏMAS-ın İsrailə hücumunu terror hücumu kimi qiymətləndirir və İsrailin özünümüdafiə hüququnu tanıyır.
Hər iki lider bütün səylərin HƏMAS-ın əlində olan girovların azad edilməsinə yönəldilməli olduğuna və münaqişənin regional genişlənməsinin qarşısını almaq üçün razılaşıblar.
Ərdoğan daha sonra Almaniya kansleri Olaf Şolzla görüşəcək.

***19:35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Yeniavaz.com
TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Prezident Sarayına gələrkən Ştaynmayer tərəfindən qarşılanıb.
Daha sonra liderlərin təkbətək görüşü baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top