İsrail Qəzza zolağının cənubundakı əl-Zeytun məhəlləsində minlərlə məcburi köçkünün sığındığı “əl-Fələh” məktəbini vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, İsrailin məktəbi hədəf alması nəticəsində çoxlu sayda ölən və yaralananlar olub.
Şahidlər hücumda onlarla insanın öldüyünü, 100 nəfərin yaralandığını bildirib. Ölənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Digər tərəfdən, Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 4710-u uşaq və 3160-ı qadın olmaqla 11500 nəfər həlak olub.