Ermənistan fevralın 1-dən BCM-nin üzvü olacaq


Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olacaq.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.
“Ermənistan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu ölkə olacaq”, - məhkəmə qeyd edib.
Bundan əlavə, BCM Ermənistan tərəfinin Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını qəbul etdiyini təsdiq edən sənədləri təhvil verdiyini bildirib.
Qeyd edək ki, Moskva Ermənistanın Roma Statutuna qoşulmasını qeyri-dost addım adlandırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz növbəsində bildirib ki, Roma Statutunun ratifikasiyası prosesi heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib və BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməmişdən əvvəl başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top