İsrail hücumları nəticəsində daha bir HƏMAS lideri həlak olub


HƏMAS lideri Əhməd Bahar İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti Fələstindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, Bahar HƏMAS hərəkatının rəhbərliyinin üzvü olub. 76 yaşlı Bahar əvvəllər Fələstin Qanunvericilik Şurasının (parlament) sədr müavini vəzifəsini icra edib.
Bahar siyasi fəaliyyəti ilə yanaşı, Qəzza zolağının İslam Universitetində də dərs deyib.
İsrail onun hədəf alındığını və ya öldürüldüyünü təsdiqləməyib.

DİGƏR XƏBƏRLƏR

Top