Ermənistanla Türkiyə arasındakı keçid məntəqəsinin tikintisi başa çatır


Ermənistan tərəfi gələn həftə Türkiyə ilə sərhəddə “Marqara” keçid məntəqəsinin tikintisini başa çatdıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan brifinqdə məlumat verib.
“Buraxılış məntəqəsi demək olar ki, hazırdır. Ola bilsin ki, gələn həftə hazır olsun”, - o, deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə arasında bağlanan sərhədin yaxın gələcəkdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacağına ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top