
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniyaya gedir.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ərdoğan paytaxt Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Görüşdə İsrailin Qəzzaya hücumları ilə yanaşı, iki ölkə arasındakı əlaqələr, xüsusilə də iqtisadi məsələlər müzakirə olunacaq.
Ərdoğanın Berlindəki təmasları çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü də gözlənilir.
Görüşdə regional məsələlər, həmçinin, iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ərdoğanın Almaniya səfəri bu baxımdan da çox böyük əhəmiyyət daşıyır. İki ölkə arasındakı 2023-cü il üçün ticarət hədəfi 50 milyard dollardır və ilin sonuna kimi bu hədəfə çatmaq nəzərdə tutulur.