Qaraciyər serrozundan əziyyət çəkən Sumqayıt sakininin köməyinizə ehtiyacı var – Fotolar


Sumqayıt şəhər şakini, 38 yaşlı, iki uşaq atası Hümbətov Ağa Məmməd oğlu qaraciyər serrozundan əziyyət çəkir.
Bu barədə Yeniavaz.com-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, ötən ilin iyun ayında A. Hümbətovun Hepatit B və Hepatit D virusuna yoluxduğu aşkarlanıb.
Həmin vaxtdan müalicələrə başlanılıb. Bu vaxta qədər müalicə və müayinələrə 21 min manatdan çox pul xərclənib. Bu müalicə xərcləri də borcla qarşılanıb. Bundan sonrakı mərhələlər üçün dəstəyə ehtiyacları var.
Ağa Hümbətovda Hepatit B virusu neqativ çıxsa da Hepatit D virusu hələ də pozitivdir. Xəstə yaxınlarının sözlərinə görə, A.Hümbətovun qaraciyərinin 70 faizindən çoxu parçalanıb. Ona təcili qaraciyər köçürülməlidir. Bu əməliyyat İcbari Tibbi Sığorta ilə dövlət tərəfindən qarşılanır. Amma əməliyyata qədərki müayinə və analizlər, donorların uyğun gəlib-gəlməməsinin yoxlanılması, əməliyyatdan sonra xəstənin və donorun müayinə və analizləri üçün maddi dəstəyə ehtiyac var.
Xəstə yaxınlarının sözlərinə görə bütün bu xərclər üçün də 20-25 min manata yaxın vəsait lazımdır.
Əlaqə telefonu: 055 717 70 09
Bank hesabları:
LeoBank: 4098 5844 9617 4226
Kapital Bank: 5239 1517 6053 9448

Kapital Bank hesabı

Leobank hesabı

 



 




 

DİGƏR XƏBƏRLƏR

Top