Qəzzada ölənlərin sayı 11 min 470-ə çatdı


Oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ən azı 11 min 470 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Fələstin anklavının səhiyyə sisteminin dağılması səbəbindən bir neçə gündür ki, ölənlərin sayı yenilənmirdi.
Noyabrın 12-də Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanları nəticəsində ölənlərin sayının 4 min 609-u uşaq olmaqla 11 min 180 nəfər olduğunu bildirib. Nazirliyin məlumatına görə, 28,2 minə yaxın insan xəsarət alıb.
İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı isə rəsmi olaraq 1200 nəfərdən çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top