
Suriya və İraqda ABŞ-nin nəzarətində olan hərbi bazalar oktyabrın 17-dən indiyədək 58 hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hücumlar raketlər və dronlardan istifadə edilməklə həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden xəbərdarlıq etmişdi ki, Vaşinqton lazım bildiyi təqdirdə Yaxın Şərqdə Amerika qoşunlarına qarşı hücumlara görə məsuliyyət daşıyan qruplara yeni zərbələr endirməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz