
Rusiyanın Həştərxan şəhərinin Vokzalnaya meydanında beşmərtəbəli yaşayış binasının iki girişi uçub.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumatlara görə, bir qadın ölüb, daha bir neçə nəfər itkin düşüb.
Hazırda hadisə yerinə gələn əməliyyat xidmətləri dağıntıları təmizləyir.
Binadan 200-dən çox sakin təxliyə edilib. Onlar üçün müvəqqəti yerləşdirmə mərkəzləri təşkil edilib.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin cinayət işinin başlanması barədə göstəriş verib. İdarənin mərkəzi aparatının kriminoloqları hadisə yerinə gediblər.