ABŞ üç neft tankeri və 20 şirkəti Rusiya əleyhinə sanksiyalara daxil edib


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Liberiya bayrağı altında üzən üç neft tankerinə - “Kazan”, “Ligovsky Prospect” və “NS Century”yə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin siyahıya Rusiya, Bosniya və Herseqovina, BƏƏ və Şimali Makedoniyadan 20 şirkət daxil edilib.
Xüsusilə, benefisiarı Rusiya “Betcity”nin sahibi olan Makedoniyanın “Bet City International DOO Skopje” şirkəti məhdudiyyətlərə məruz qalıb.
ABŞ Xəzinədarlığının press-relizində deyilir ki, sanksiyalar siyahısına daxil edilmiş hər üç tanker Rusiya neftini müəyyən edilmiş tavandan yuxarı qiymətə - barel üçün 60 dollardan yüksək qiymətə nəql edirdi.
“Kazan”, “Ligovsky Prospect” və “NS Century” müvafiq olaraq “Kazan Shipping”, “Progress Shipping” və “Gallion Navigation” şirkətlərində qeydiyyata alınıb. Hər üç şirkətin hüquqi ünvanı BƏƏ-də yerləşir.
Məhdudiyyətlərə məruz qalan Rusiya təşkilatları arasında “Pilot İstehsalatla Ümumrusiya Elmi-Tədqiqat, Layihə və Rele İstehsalı Texnoloji İnstitutu”, “VNIIR GidroElektroAvtomatika”, “VNIIR-Promelektro”, “VNIIR Transstroy”, “Mosen Asset Management”, “ABS ZEiM Automation”, “Dominion Nikolsky”, “Dominion Tverskaya-Yaroslavskaya” da var.
Dövlət Departamentinin məlumatına görə, press-relizdə Balkan ölkələrindən iki fiziki şəxs və 12 şirkətə qarşı sanksiyalar tətbiq edilib.
Siyahıda Rusiya ilə əlaqələrə görə Serb Sağının lideri Mişa Vaçiç və Serbiya Xalq Partiyasının rəhbəri Nenad Popoviç var.
Dövlət Departamentinin məlumatına görə, Vaçiç ilhaq edilmiş rayonların ərazisində keçirilən referendumda müşahidəçi olub. Popoviçin isə öz biznesi üçün Kremldəki əlaqələrindən istifadə etdiyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top