Azərbaycan 10 nəfərlə İsveçi darmadağın etdi – Yenilənib


Qarşılaşma başa çatdı – 3:0.
***
88-ci dəqiqədə Emin Mahmudov uzaq məsafədən möhtəşəm qol vurdu.
***
Matçın 57-ci dəqiqəsində Bəhlul Mustafazadə qırmızı vərəq aldı.
***
İkinci hissə başladı.
***
İlk hissə başa çatdı.
***
Renat Dadaşov matçın 6-cı dəqiqəsində millimizin ikinci qolunu vurdu.
***
Milli komandamız ilk qolu vurdu. Emin Mahmudov 3-cü dəqiqədə fərqləndi.
***
Oyun başladı.
***
AVRO-2024-ün seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - İsveç matçı üçün heyətlər açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, komandalar saat 21:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Baş məşqçi: Yanne Anderson

DİGƏR XƏBƏRLƏR

Top