CZN Burak həbs edilə bilər


Türkiyədə CZN Burak kimi tanınan fenomen aşpaz Muhammed Burak Özdemir və atası İsmail Özdemir “Kentsel Sit Alanı”nda icazəsiz tikinti apardıqları iddiası ilə mühakimə edilirlər.
Yeniavaz.com
“Sabah”a istinadən xəbər verir ki, hər birinə 5 ilə qədər həbs tələb edilir.
İstanbul Asliye Cəza Məhkəməsində keçirilən iclasda müttəhim Muhammed Burak Özdemir və vəkilləri iştirak edib.
İclasda müdafiə çıxışı edən təqsirləndirilən fenomen ittihamları qəbul etməyib:
“Məsələ ilə atam məşğul idi. Mənə dedi ki, təmirə başlayıb və bütün icazələri alıb. Təmirlə bağlı heç bir məlumatım yoxdur. Atamın Mədəni İrsin Qorunması Şurasından icazə alıb-almadığını bilmirəm, lazımi icazələrin olduğunu dedi. Təqsirləndirilən şəxs İsmayıl Özdəmirin vəkili müvəkkilinin bələdiyyədən icazə aldığını, bələdiyyənin məktubuna Mədəni İrsi Qoruma Şurasından heç bir cavab verilmədiyini, idarə heyətinin təmirdən sonra qərar verdiyini deyərək bəraət hökmünün çıxarılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top