“Münaqişə dondurulmamalı, başa çatdırılmalıdır” – Zelenski


“Ukrayna Rusiya ilə münaqişəni dondura bilməz, o, başa çatdırılmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Afrika mediasının nümayəndələri ilə görüşündə jurnalistlərdən birinin münaqişənin dondurulmasının mümkünlüyü ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
Zelenski əlavə edib ki, hətta dondurulmuş münaqişə belə Ukrayna üçün uzun müddət davam edəcək, bu da itkilər və münaqişənin istənilən vaxt bərpa olunması deməkdir.
“Biz sülh istəyirik. Sonluq fərqli ola bilər, bəzilərinin xoşuna gələ bilər, bəzilərinin xoşuna gəlməyə bilər, amma bu, vacibdir", - o əlavə edib.
Zelenski eyni zamanda münaqişənin Ukrayna şərtləri ilə bitməsini arzuladığını qeyd edib.
Münaqişənin dondurulması mövzusuna qayıdan Zelenski əlavə edib ki, bizim üçün nə qədər çətin olsa da, belə bir fikri belə qəbul edə bilmərik.
Qeyd edək ki, son vaxtlar Ukraynada Rusiya ilə münaqişənin inkişaf perspektivləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist” jurnalı üçün yazdığı məqalədə hərbi əməliyyatlarda çıxılmaz vəziyyətin yarandığını və Ukraynanın uzunmüddətli müdafiəyə keçməli olduğunu bildirib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov isə bildirib ki, münaqişə sazişlər imzalanmadan, həm də şiddətli hərbi əməliyyatlar olmadan onilliklər boyu uzana bilər.

DİGƏR XƏBƏRLƏR

Top