Qəzza zolağında 26 xəstəxana fəaliyyətini dayandırdı – FSN


Qəzza zolağında xəstəxanaların əksəriyyəti - 35 xəstəxanadan 26-sı tamamilə fəaliyyətini dayandırıb. Qalan 9 xəstəxana isə öz funksiyalarını qismən yerinə yetirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında dərc olunan hesabatında məlumat verib.
Həmçinin, məlumata görə, nazirlik beşinci gündür ki, anklavın şimalındakı xəstəxanalarla əlaqə olmadığı üçün ölən və yaralananların sayını dəqiqləşdirməkdə çətinlik çəkir.

DİGƏR XƏBƏRLƏR

Top