İsrail ordusu Qəzza limanını nəzarətə götürdü


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza limanına nəzarəti ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Birgə əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri HƏMAS terror təşkilatının nəzarətində olan Qəzza zolağı limanına operativ nəzarəti ələ keçirib”, - deyə məlumatda bildirilib.
“Əməliyyatda Mühəndis Qoşunları və Hərbi Hava Qüvvələri də iştirak edib. Terror məqsədləri üçün istifadə edilən 10 tunel, 4 qurğu və 10 terrorçu məhv edilib”, - mətbuat xidməti davam edib.
İsrail ordusu qeyd edib ki, liman HƏMAS tərəfindən öz dəniz xüsusi təyinatlıları üçün təlim bazası kimi, həmçinin, dənizdən terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top