
“Hərbi xərclər iki dəfədən çox artacaq, lakin bu, müharibəyə deyil, sülhə hazırlıqdır”.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, vətəndaşların təhlükəsizlik hissi sülh və sabitliyin əsas təminatçısıdır.
“Bütün qonşu ölkələr bilir ki, Ermənistan heç kimə hücum etmək niyyətində deyil. Orduda islahat aparmaq hər bir müstəqil dövlətin təkcə hüququ deyil, həm də borcudur”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın 2024-cü il büdcə layihəsinə əsasən, müdafiə xərcləri 1,4 milyard dollardan çox olacaq.